📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Prezidenti mehriban qonşuluq tərəfdarı olduğunu söyləyib

2024-05-10 11:04:30

Ermənistan Prezidenti mehriban qonşuluq tərəfdarı olduğunu söyləyib

Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə Ermənistanın qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri qurmaq yolunda qətiyyətli və birmənalı mövqe tutduğunu bildirib. Bu barədə məlumatı erməni mətbuatı ölkənin Prezident Aparatına istinadla verib.
Vahaqn Xaçaturyan qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesi də bunu təsdiqləyir.
Bundan əlavə, tərəflər regional və qlobal hadisələr və mövcud çağırışlar barəsində fikir mübadiləsi aparıblar. Hər iki tərəf qaynar münaqişələrin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
Hürr Tərcüman