Ermənistan Prezidenti: "Sülh sazişini imzalamağa hazırıq"
Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan "Röyter" agentliyinə açıqlamasında Ermənistanın Azərbaycanla sülh müqaviləsini bir ay ərzində imzalamağa hazır olduğunu bildirib.
Xaçaturyan İrəvanın təqribən 4 həftə sonra, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında 16 maddənin imzalanacağına ümidvar olduğunu söyləyib. O, müqavilənin bir neçə maddəsinin hələ tam razılaşdırılmadığını qeyd edib.
Ermənistan Prezidenti Türkiyə ilə danışıqların yaxşı getdiyini, diplomatik pasportlara malik üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması məsələsinin gündəlikdə olduğunu bildirərək deyib: "Bu həqiqi diplomatik münasibətlərin reallığa çevrildiyinə işarə olacaq".
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da Ermənistanın sənədin razılaşdırılmış maddələrinin - 80%-nin əsasında sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.
Hürr Tərcüman