Ermənistan Putinin həbsi qərarını çıxarmış qurumun tədbirində iştirak edəcək
2023-12-06 11:28:26
Hurriyyet.az xəbər verir ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə təmsilçisi Yeqişe Kirakosyan Nyu-Yorka, BMT-nin mənzil qərargahına səfər edəcək. O, “Beynəlxalq Cinayət Məhkəməsinin universallığı: Roma statutunun ratifikasiyasının əhəmiyyəti və BCM-nin imtiyazları və toxunulmazlığı” mövzusunda dəyirmi masada iştirak edəcək.
Nikol Paşinyanın Ermənistan təmsilçisinin tədbirə göndərilməsi ilə bağlı imzaladığı sənəd hökuməyin rəsmi saytında yerləşdirilib.
Dəyirmi masanın 7-8 dekabr tarixlərində keçirilməsi planlaşdırılıb.