📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi layihəsinə qoşulmağa çalışır

2024-09-13 13:23:14

Ermənistan Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi layihəsinə qoşulmağa çalışır

Ermənistan Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi layihəsinə qoşulmağa çalışır. Bu barədə “Sputnik Ermənistan”a ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən məlumat verilib.

Departament qeyd edib ki, hazırda yekun layihə yoxdur, “yerli və beynəlxalq tərəfdaşlarla müzakirələr aparılır”.

45 milyon avroya başa gələcək yeni kabelin çəkilməsi məsələsi Tiflis və İrəvan tərəfindən təklif olunub. Hazırda Ermənistan Türkiyə və Gürcüstan əraziləri vasitəsilə Avropadan xarici internet trafiki alır.

Ülviyyə, Hurriyyet.az