📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Qarabağ ermənilərinin qazını kəsdi

2022-04-02 15:06:00

Ermənistan Qarabağ ermənilərinin qazını kəsdi

Hurriyyet.az xəbər verir ki, Qarabağdakı erməni separatçılarının qazla təminatı dayandırılıb. “Yerevan Today” portalının verdiyi xəbərə görə, “Qazprom Ermənistan” qapalı səhmdar cəmiyyəti bu gün aparılan yol tikintisi işləri zamanı Gorus-Qafan-Qacaran qaz boru xəttinin zədələndiyini bildirib. Bu səbəbdən, təmir-bərpa işlərinin aparılması üçün saat 11.10-dan etibarən Gorus, Qafan şəhərlərinə, o cümlədən Qarabağda qalmış ermənilərə qaz verilişi dayandırılıb. Təmir işlərinin nə vaxt başa çatacağı barəsində hələlik məlumat verilməyib.

Hürr Tərcüman