"Ermənistan "Qarabağ yükü"ndən qurtulmaq istəyir" - POLİTOLOQ
"Qarabağ ermənilərinin Azərbaycan hakimiyyəti ilə dialoqunu davam etdirməsi İrəvanın maraqlarına da xidmət edir"
"Rusiyanın "RİA Novosti" agentliyinin "ABŞ Dağlıq Qarabağ nümayəndələrinə təzyiq göstərir ki, Azərbaycanla görüş keçirməyə razı olsunlar və bundan imtina etdikləri təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyirlər" xəbəri doğrudursa, bu Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur. Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə bir neçə dəfə Bakıda görüş keçirməyi təklif edib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
"Atlas" Araşdırmalar Mərkəzini rəhbəri hesab edir ki, Qarabağ ermənilərinin Azərbaycan hakimiyyəti ilə dialoqunu davam etdirməsi İrəvanın maraqlarına da xidmət edir, çünki yükdən qurtulmaq istəyirlər: "Rusiya agentliyinin xəbəri doğrdurusa, başqa sual yaranır: "ABŞ Qarabağ nümayəndələrinə necə və hansı alətlərlə təzyiq edir?" Məsələ burasındadır ki, ABŞ-ın Rusiyadan fərqli olaraq Qarabağ separatçılarıyla birbaşa əlaqəsi və təmas imkanı yoxdur. ABŞ nümayəndələri sərhədimizi qanunsuz keçib Qarabağ separatçılarıyla da görüşə bilməzlər. Demək, ABŞ nümayəndələrinin Qarabağ separatçılarıla əlaqələri internet üzərindən həyata keçirilir və vasitəçi kimi Ermənistanın hakimiyyət nümayəndələri çıxış edirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az