Ermənistan Qarabağdan əl çəkdi, Rusiya əl çəkmədi – Moskva Qərbi ittiham edir
“Ermənistanın KTMT-dən çıxmasını istəyirlər”
Hurriyyet.az xəbər verir ki, Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bugünkü brifinqdə çıxışı zamanı Vaşinqtonla Brüsselin Ermənistan rəhbərliyini “Qarabağ ermənilərinin hüquqlarını hesaba almadan sülh müqaviləsi imzalamağa inandırdıqlarını” deyib.
Zaxarova deyib: “Əlimizdə olan informasiyaya görə, Vaşinqton ilə Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı gücləndirməyə və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərini nəzərə almadan Azərbaycanla sülh müqaviləsi imzalamağa inandırırlar”.
Qeyd edək ki, Azərbaycanın de-yure və de-fakto ərazisi olan Qarabağ iqtisadi rayonunda qanuni yaşayan şəxslərin hamısı Azərbaycan vətəndaşıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin edilir.
Hürr Tərcüman