Ermənistan Qarabağı Azərbaycanın daxili işi sayır - "Statusla bağlı danışıqlar aparmaq iddiasında deyilik"
2023-06-05 16:26:00
Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində 2022-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib.
O, Ermənistanın belə bir mandatı olmadığını qeyd edib: “Statusun müəyyən edilməsi məsələsinə gəlincə isə, biz iddia irəli sürmürük və buna çalışmırıq”, - Mirzoyan qeyd edib.
APA