Ermənistan qəliz durumdadır-pislə daha pis arasında seçim etməli olacaq...
"Azərbaycanda -dəhliz- adlanan yerdən faktiki olaraq danışırlar. Söhbət Ermənistan hakimiyyətinin rəsmi səviyyədə buna necə reaksiya verməsində deyil, problem ondadır ki, bu məsələ ilə bağlı pərdəarxası razılaşmalar olmasa belə, Azərbaycan və Türkiyə təkzib edilməsi çox çətin görünən bəyanatlar səsləndirirlər", deyə "Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Sadə dillə desək, Azərbaycan öz cəmiyyətini inandırıb ki, dəhliz olacaq. Üstəlik, beynəlxalq tərəfdaşları ilə regional layihələr ətrafında danışıqlar aparır ki, bu da dəhlizlə bağlı çətin vəziyyəti daha da qəlizləşdirir. Təəssüf ki, yaradılmış şəraitdə pis və daha pis arasında seçim etməli olacağımız ssenarilər baxımından son dərəcə əlverişsiz vəziyyət formalaşıb”, deyə Tiqran Abramyan yazıb.
Ülviyyə, Hurriyyet.az