Ermənistan rəsmiləri artıq Qarabağdakı separatçıların zənglərinə cavab vermirlər
2023-07-01 15:11:00
Ermənistan rəsmiləri artıq Qarabağdakı separatçıların zənglərinə cavab vermirlər.
Bu barədə “Hetq” qəzetinin baş redaktoru Edik Baqdasaryan “Facebook” səhifəsində yazıb.
O, Qarabağ separatçılarından iki nəfərlə danışdığını bildirib:
“Onlar son dərəcə ümidsizlik içində idilər. Buna səbəb ərzaqlarının, dərmanların tükənməsi deyildi, Ermənistan rəsmilərinin artıq onların zənglərinə cavab vermədiyi üçün ümidsizliyə qapılıblar”.
Oxu.az