📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Roma Statututuna qoşuldu – RF XİN nota verdi

2023-10-03 12:39:32

Ermənistan Roma Statututuna qoşuldu – RF XİN nota verdi

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Roma Statutunun müzakirələrində yalnız Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyasından olan deputatlar iştirak ediblər. Onlar həmin qanun layihəsinin qəbul edilməsinin tərəfdarı olduqlarını əvvəldən bəyan etmişdilər.

Müxalifət fraksiyaları bəyanat verərək hakimiyyətin bu qərarından narazı olduqlarını, bununla da Rusiya ilə müttəfiqlik münasibətlərinə zərbə endirildiyini, həmin addımın Ermənistan üçün ciddi nəticələri olacağını bəyan ediblər.

RF XİN də öz növbəsində, Ermənistanın Roma Statutunu ratifikasiya eləməsinin ikitərəfli münasibətlərə çox mənfi təsir göstərəcəyini bəyan edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi RF Prezidenti Vladimir Putinin həbsi üçün order verib.

Hürr Tərcüman