📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Rusiya ilə rublla ticarətə başlayıb

2022-04-15 15:41:00

Ermənistan Rusiya ilə rublla ticarətə başlayıb

Hurriyyet.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Bahan Kerobyan ölkənin Rusiya qazı üçün rublla ödənişə başladığını bəyan edib. Bu barədə o, RBK agentliyinə müsahibəsində məlumat verib. Nazir deyib: “Məndə olan məlumata görə, bəzi ödənişlər məhz rublla edilib, lakin müfaviq kursa əsasən”.

Kerobyanın sözlərinə görə, qiymətin müəyyənləşdirilməsi dollarla hesablanır, lakin, ödəniş rubl ilə edilir.

“Qazprom”un rəsmi təmsilçisi Sergey Kupriyanov də məlumatı təsdiqləyib: “Həqiqətən də, “Qazprom”un Ermənistana qa tədarükü ilə bağlı müqaviləsi artıq neçə ildir ki, qazın qiymətini rublla ödəmək imkanı verir və bu imkandan istifadə edilir”.

“Qazprom” – Ermənistanın yeganə təbii qaz tədarükçüsüdür. Ermənistanın qaz nəqli şəbəkəsinin operatoru – “Qazprom Ermənistan” da onun filialıdır.

Hürr Tərcüman