Ermənistan Rusiya ilə tərəfdaş olduğu təşkilatları tərk edəcəkmi? – Putin cavab verdi
2023-12-14 16:52:03
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin canlı yayımda keçirdiyi mətbuat konfransında Ermənistanın barəsində suala cavab verərkən deyib: “Düşünmürəm ki, Ermənistan Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlükdən çıxsın. Amma, əlbəttə ki, son nəticədə, bu, dövlətin öz seçimidir”.
Putin Paşinyanın son zamanlar keçirilən sammitlərdə iştirak etməməsini Ermənistanda gedən bəzi proseslərlə əlaqələndirib: “Paşinyanın son sammitlərdə olmaması əməkdaşlığı dayandırmaq arzusu ilə yox, Ermənistanın özündəki bəzi proseslərlə əlaqədardır”.
Hürr Tərcüman