Ermənistan Rusiyadan şikayətlənib: “Pulunu əvvəldən vermişik”
Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN rəhbərinin müavini Mnaçakan Safaryan jurnalistlərə açıqlamasında Rusiya Federasiyasına ödəniş elədiklərinə baxmayaraq, sifariş olunan hələ silah ala bilmədiklərini söyləyib.
“Sputnik Ermənistan” saytıın yazdığına görə, Safaryan deyib: “Silahlar həqiqətən də Ermənistana çatdırılmayıb. Halbuki onlar üçün ödəniş edilib. Sövdələşmə müqaviləsi əsasında iş davam edir. Əlavə heç nə deyə bilmərəm”.
Safaryan Rusiyanın Ermənistana silah tədarükünün gecikməsinin səbəbləri barəsində suala cavab verməyərək, məsələni Müdafiə Nazirliyində dəqiqləşdirməyi məsləhət görüb.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da öz açıqlamasında Rusiyadan alınması üçün ödəniş edilən silahların İrəvana çatdırılmadığını bəyan eləmişdi.
Hürr Tərcüman