📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Rusiyanın dəvətinə növbəti dəfə rədd cavabı verdi

2023-11-07 14:35:50

Ermənistan Rusiyanın dəvətinə növbəti dəfə rədd cavabı verdi

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv olan dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin 8 noyabr tarixində Moskvada keçiriləcək iclasında çıxış etməyəcək. Bu barədə məlumatı Ermənistanın təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan “Armenpress” agentliyinə verib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan ADB-nin Bişkekdəki sammitində iştirak etməmişdilər.

Hürr Tərcüman