📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Rusiyaya mina göndərir? - Foto

2023-08-17 12:55:00

Ermənistan Rusiyaya mina göndərir? - Foto

“Ukraynanın Rusiya işğalından azad edilən ərazilərində minatəmizləmə işləri zamanı Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar olunub”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko öz teleqram kanalında paylaşıb. 

O bildirib ki, burada söhbət “Э-001” tipli minadan gedir.

Bu cür minaları Qarabağda da gördüyünü vurğulayan Kovalenko bildirib ki, Ermənistandan Rusiyaya bu tip silah-sursatın göndərilməsi barədə məlumat verilməyib: “Mən hələ ki hansısa qənaətə gəlməyə tələsmirəm. İndiki mərhələdə rusiyalı işğalçılar tərəfindən neçə ədəd bu cür minaların istifadə edilməsini və onların rusiyalıların əlinə necə keçdiyini demək çətindir. Tədarük bir dəfəlik və yaxud qaçaqmal ola bilər”.