📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Rusiyaya qarşı sanksiyalara gizli qoşulub

2022-03-24 16:48:00

Ermənistan Rusiyaya qarşı sanksiyalara gizli qoşulub

Ermənistanın mart ayında Rusiyaya ixracı 30% azalıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

Kerobyan bundan “narahat” olduğunu, xarici şirkətlərin getməsindən sonra Rusiyaya ixracın artacağına ümid etdiyini bildirib.

Buna baxmayaraq, o, Ermənistanın “digər istiqamətlərdə” ixracının artdığını da dilə gətirib.

Maraqlıdır ki, məhz mart ayında Ermənistanın Rusiyaya ixracının 30 faiz azalması, digər istiqamətlərdə isə artmasının “iqtisadi səbəbi” izah edilməyib. Ancaq bu qərarın Rusiyaya tətbiq edilən sanksiyalara Ermənistanın dolayı yolla qoşulduğu haqda təəssürat yaranır.