Ermənistan Rusiyaya yeni səfir təyin edib
2026-11-20 20:33:18
Ermənistan Rusiyaya yeni səfir təyin edib.
Hurriyyet.net xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sərəncamı ilə bu posta Samvel Mkrtçyan gətirilib.
Bu barədə qərar ölkənin Baş naziri Nikol Paşinyanın təklifi əsasında qəbul edilib.
Samvel Mkrtçyan həmin postda Qurqen Arsenyanı əvəz edəcək. Q.Arsenyan bir neçə gün əvvəl “Hraparak” qəzetinə açıqlamasında vəzifəsindən azad edilməsinə dair qərar verildiyini təsdiqləyib.