📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan sərhədləri Rusiyadan sonra ABŞ-ın ixtiyarına keçir? - Strateji tərəfdaş oldular

2025-01-15 09:46:00

Ermənistan sərhədləri Rusiyadan sonra ABŞ-ın ixtiyarına keçir? - Strateji tərəfdaş oldular

Hurriyyet.az xəbər verir ki, gələn həftə ABŞ Ermənistana xüsusi sərhəd təhlükəsizliyi qrupunu göndərəcək. Onlar sərhəd təhlükəsizliyinin təminatı üçün birgə işlər görəcəklər.
Erməni mətbuatının yazdığına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı məlumat verib. Blinken deyib: "Biz bu istiqamətdə fəaliyyəti gücləndirəcəyik".
Xatırladaq ki, yanvarın 14-də, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.
Hürr Tərcüman