📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib-VİDEO

2023-09-02 19:59:07

Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib-VİDEO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.