📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan təcili Azərbaycanın şərtlərini yerinə yetirməlidir" - ZAUR MƏMMƏDOV

2021-08-27 11:44:00

"Paşinyan bilməlidir ki, əgər kimlərinsə təhriki ilə erməni hərbçiləri hər hansı bir coğrafiyada bizə qarşı təxribat törədərlərsə, nəticəsi ağır olacaq"

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçilərinin Qafan-Gorus yolunu bağlamasından danışıb. Paşinyan bu barədə ölkə parlamentində bildirib ki, "avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar. Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram". Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloqun sözlərinə görə, Paşinyan Qafan-Ağvani yolunun modernləşdirilməsi işlərinin sürətlə icra olunduğunu da deyib: "Paşinyan bildirib ki, Sünik vilayəti Ermənistandan ayrılmayıb: "Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik". Paşinyan bilməlidir ki, əgər kimlərinsə təhriki ilə erməni hərbçiləri hər hansı bir coğrafiyada bizə qarşı təxribat törədərlərsə, Ermənistan ağır nəticəni görəcək. Azərbaycanın şərtləri təcili yerinə yetirilməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az