Ermənistan Təhlükəsizlik Şurası katibi: "Rusiyanın Qarabağda vaxtından çox qalmaq fikri var"
2021-10-06 18:26:00
Ermənistan hesab edir ki, Rusiya Qarabağda 9 noyabr razılaşmasında nəzərdə tutulandan daha çox müddətə qalacaq. Bu barədə "Azadlıq" radiosuna Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
«Əgər Azərbaycan vaxtı uzatmağa razı olmasa biz güclərimizi birləşdirəcəyik və problemin həllini tapacağıq. Amma bu gün Qarabağda baş verənlər deməyə əsas verir ki, Rusiyanın orada daha çox qalmaq planı var", Qriqoryan deyib.
O həmçinin qeyd edib ki, Azərbaycanın rus sülhməramlılarının vaxtından artıq qalmasına mümkün etirazı erməni tərəfinin gündəliyindədir və Rusiya ilə müzakirə olunur.
Ülviyyə, Hurriyyet.az