Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedir - hərbi sövdələşmələr müzakirə edilir
2022-11-17 11:19:00
Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın Xarici İşlər nazirinin dəvəti ilə 18-19 noyabr tarixlərində Nyu-Dehliyə səfər edəcək.
Xatırladaq ki, Ermənistan ilə Hindistanın müdafiə nazirləri İrəvanın bu ölkədən dron, silah-sursat, həmçinin zenit-raket kompleksləri alması məsələlərini müzakirə edirlər.
Hürr Tərcüman