📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı

2023-07-11 10:25:00

Ermənistan Televiziyası

Ermənistanın İctimai Televiziyası "Artsax" adından istifadə etməyi dayandırıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə qondarma rejimin Ombudsmanı Geqam Stepanyan facebook-da məlumat verib. 

Geqam Stepanyan qeyd edib ki, həmişə İctimai Televiziyada "Artsax" adından istifadə olunurdu, artıq "Dağlıq Qarabağ" adından istifadə edilir. Ombudsman həmçinin qeyd edib ki, "Artsax" Konstitusiyasına görə, "Artsax Respublikası"nın "Dağlıq Qarabağ" Respublikası ilə adları eynidir. Heç olmasa, bunların ikisindən də istifadə edilsin.

"İctimai Televiziya artıq heç "respublika" sözünü də işlətmir", - Ombudsman Geqam Stepanyan bunun üçün İctimai Televiziyaya qəzəbini də gizlətməyib.

musavat.com