Ermənistan təmsilçiləri NATO təlimlərində iştirak edəcəklər
2024-05-01 17:05:26
Hurriyyet.az xəbər verir ki, Ermənistanın hərbi həkimləri NATO bayrağı altında keçiriləcək beynəlxalq hərbi təlimlərdə iştiak edəcəklər. "Sputnik Ermənistan" informasiya agentliyinin məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.
Hərbi həkimlərin Macarıstanda keçiriləcək təlimlərində 32 ölkənin və 7 mülki təşkilatın təmsilçiləri iştirak edəcəklər.
Təlimlər mayın 10-na qədər davam edəcək.
Hürr Tərcüman