📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan tərəfinin itkiləri artdı - YENİ RƏQƏM

2022-08-04 09:24:00

Ermənistan tərəfinin itkiləri artdı - YENİ RƏQƏM

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə separatçı rejimin “səhiyyə naziri” Mikael Ayryan erməni mətbuatına açıqlamasında bildirib.

“4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.