📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan təsdiq etdi - Kərki kəndi qaytarılır

2021-09-10 00:09:00

Ermənistan təsdiq etdi - Kərki kəndi qaytarılır

Ermənistan hökuməti dünən keçirilən iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil edilib.

Belə ki, Ararat şəhəri, Ararat, Arazdəyən, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir. / Modern.az