Ermənistan türk aviasiyasına “xoş gəldin” deyir – İstanbul-İrəvan-İstanbul reysi açılacaq
2022-01-11 10:11:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan Türkiyə aviaşirkətinin İrəvana ucmasına razılıq verib.
Türkiyənin “Peqasus” hava yolları şirkəti (Pegasus Airlines) Ermənistanın Mülki Aviasiya Komitəsindən İstanbul-İrəvan-İstanbul marşrutu ilə uçuşlar edilməsi üçün razılıq alıb. Bu barədə məlumatı “Sputnik Ermənistan” saytı Ermənistanın Ərazi İdarəiliyi və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən alıb.
Eyni icazə Ermənistanın “Flayvan” (Flyone) aviadaşıma şirkətinə də verilib. 2015-ci ildən sonra ilk dəfə iki ölkə arasında aviauçuşlar bərpa ediləcək.
Hürr Tərcüman