📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-Türkiyə dialoquna özünəməxsus erməni yanaşması: "Türnkiyə bizimlə dialoqu Azərbaycanla əlaqələrə baxmadan qursun"

2021-09-24 16:34:00

Ermənistan-Türkiyə dialoquna özünəməxsus erməni yanaşması:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 23-də hökumət iclasından sonra jurnalistlərə bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri Türkiyə ilə münasibətlərin normallaşmasına təsir etməməlidir.
"Türkiyə ilə dialoqu, əgər varsa, Azərbaycanla əlaqələrdən ayırmaq lazımdır", deyə Qriqoryan bəyan edib. Qriqoryan xatırladıb ki, "biz həm seçkilərdən əvvəl, həm də sonra bütün bölgədə sülh yaratmaq istəyindən, sülh və sabitlik açıılımından danışmışıq. Bu məntiq çərçivəsində Türkiyə ilə münasibətləri normallaşdırmalıyıq".
TŞ-nın katibi hesab edir ki, bu cür normallaşma ehtimalını Ermənistanla Türkiyə arasında yüksək səviyyədə dialoq yolu ilə əldə etmək olar.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın görüş təklifinin ona Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən çatdırıldığını bildirmişdi.
Ülviyyə, Hurriyyet.az