Ermənistan Türkiyə ilə sərhəd məntəqəsi açmağa hazırlaşır
2023-03-04 13:45:00
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, “Past” qəzeti Ermənistan-Türkiyə sərhədinin açılışı ilə bağlı fəal işlər görüldüyünü yazıb.
Qəzetə məlumat verən mənbənin sözlərinə görə, bu günlərdə Dövlət Gəlirləri Komitəsində gələcəkdə Marqaredə açılacaq nəzarət-buraxılış məntəqəsinin idarəsi üçün kadrlar axtarılır.
“Past” yazır: “Bizdə olan informasiyaya görə, nəzarət-buraxılış məntəqəsinin rəisinin kim olacağı məsələsi artıq həll edilib, gələcək kadrların seçimi aparılır. Məlum səbəblərə görə, hakimiyyət bu məntəqəyə xüsusi həssaslıqla yanaşır və burada maksimal dərəcədə öz etibarlı kadrlarnı yerləşdirməyə çalışır”.
Hürr Tərcüman