📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Türkiyə ilə sərhədə bu qədər pul ayırdı

2023-04-21 13:53:00

Ermənistan Türkiyə ilə sərhədə bu qədər pul ayırdı

Ermənistan hökuməti Türkiyə ilə sərhəddə “Marqara” keçid məntəqəsinin layihələndirilməsinə 28,3 milyon dram (təqribən 72 min dollar) vəsait ayırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib. 

Qərara əsasən, keçid məntəqəsinin inşası qısa müddətdə başa çatdırılmalıdır. Bu səbəbdən də layihələndirmə və inşaat işləri paralel olaraq aparılacaq. 

Xatırladaq ki, Ermənistan-Türkiyə sərhədinin yayda üçüncü ölkə vətəndaşları üçün açılması planlaşdırılır.

qafqazinfo.az