📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

2023-03-14 00:00:00

Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Türkiyə oyununa bütün biletlər satılıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun martın 25-də Vazgen Sərkisyan adına “Respublika” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcək. \\Axar.Az