Ermənistan-Türkiyə sərhəd məntəqəsi tezliklə hazır olacaq
2023-07-20 12:40:00
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan hökumətinin bu gün keçirilən iclasında Türkiyə ilə sərhəddəki sərhəd-buraxılış məntəqəsinin bərpası və tikintisinə vəsait ayrılması ilə bağlı qərarlar verilib.
Dövlət Gəlirləri Komitəsinin başçısı Rustam Badasyan bu gün jurnalistlərə açıqlamasında “Marqar” məntəqəsində fəal tikinti işlərinin aparıldığını, məntəqənin tezliklə tam hazır olacağını xəbər verib.
Hürr Tərcüman