📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır

2023-02-15 17:56:00

Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır

“Ermənistan və Türkiyə iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı işlərə yeni impuls verməyə dair razılığa gəliblər”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç deyib. 

“Hər iki ölkənin naziri belə bir razılığa gəlib və biz Marqara körpüsünün tez bir zamanda istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə Kılıç deyib. (qafqazinfo)