Ermənistan üçtərəfli görüşü bərpa etmək üçün danışıqlar aparır
2023-04-26 18:01:00
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrda təxirə salınmış görüşünün konkret tarixləri və detalları Rusiya tərəfi ilə müzakirə olunur.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşü Ermənistan tərəfindən təxirə salınmışdı. /unikal.az/