Ermənistan Ukraynadan inciyib
2024-07-02 10:33:37
“Ermənistanın Milli Şərab Mərkəzi” təşkilatının sədri Avaq Arutyunyan ukraynalı şərabçıların Rusiyanın zəbt etdiyi ərazilərdə ticarətlə məşğul olan erməni şərabçılarına qarşı sanksiyalar tətbiq etmək tələbini şərh edərkən qeyd edib ki, nədənsə ukraynalılar “Azərbaycan şərablarının üstündən sükutla keçiblər”.
“Ancaq dəqiq məlumat var ki, istinad edilən ərazilərdə Ermənistan şərablarından qat-qat çox Azərbaycan şərabı satılır ikili standartları qəbul edin”, deyə Arutyunyan heç bir statistikaya istinad etmədən və bu cür “məlumatın” mənbəyini açıqlamadan əlavə edib.
Ülviyyə, Hurriyyet.az