“Ermənistan və Azərbaycan arasında sülh sazişi hazırlanır” - Patruşev
2023-11-04 16:19:11
“Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır”.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib.
report.az