Ermənistan və Azərbaycan sərhədində gərginlik... - KTMT
2023-03-31 13:36:00
Cənubi Qafqazda gərginlik hələ də davam edir.
Hurriyyet.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir. Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı risklər aktual olaraq qalır”, - o bildirib.