📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan və Azərbaycan sərhədində münaqişə potensialı yüksəkdir" - KTMT

2024-02-14 16:46:10

"Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır".

Hurriyyet.az bildirir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib. 

Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər bu vəziyyətdən Xəzərin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edirlər.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Bunun üçün Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialı fəal şəkildə istifadə olunur”, - deyə o qeyd edib.

Bu kontekstdə sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq.

“Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, o qeyd edib. Onun sözlərinə görə, ümumilikdə KTMT-nin məsuliyyət zonasında hərbi-siyasi vəziyyət çətin olaraq qalır və təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir.

bizimxeber.az