📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan və Azərbaycan sülh prosesində xeyli irəliləyiblər" - Simonyan

2026-02-05 15:08:57

İrəvan və Bakı sülh prosesində çox irəliləyiblər.

"report" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.

"Biz Azərbaycanla kifayət qədər irəliləmişik (sülh prosesində - red.). Bizdə artıq sülh sazişinin real şəkildə imzalanması nəzərdə tutulur ki, bu, bizim üçün, gələcəyimiz üçün vacibdir", - A.Simonyan qeyd edib.