📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan və Fransa hərbi əməkdaşlığı gücləndirməkdə davam edir

2025-02-05 11:54:16

Ermənistan və Fransa hərbi əməkdaşlığı gücləndirməkdə davam edir

 Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransa prezidentinin hərbi müşaviri Fabien Mandon ilə görüşüb. Görüş zamanı İrəvan və Paris arasında dostluq münasibətlərinə dair geniş spektrli məsələlər, o cümlədən ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.

Bundan əvvəl Ermənistanın müdafiə naziri Mandonla görüşüb və iki ölkənin müdafiə nazirliklərinin görüşü də keçirilib. Maraqlıdır ki, Ermənistan Avropanın əksər müdafiə nazirlikləri ilə necə əməkdaşlıq qurmağa çalışır, sanki “Görün nə qədər müttəfiqimiz var! Biz KTMT olmadan da keçinə bilərik!” deyir. Ancaq bu fəaliyyət yalnız gülüş doğurur.

Ülviyyə, Hurriyyet.az