Ermənistan və İranın XİN rəhbərləri görüşdü
2023-02-27 15:03:00
Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb.
Görüş Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində baş tutub.
Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (qafqazinfo)