📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan XİN açıqladı: Paşinyan bu məsələdə Rusiyanın adını çəkməyib

2023-10-18 17:09:42

Ermənistan XİN açıqladı: Paşinyan bu məsələdə Rusiyanın adını çəkməyib

"Baş nazir Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Rusiyanı etibarsız tərəfdaş kimi göstərməyib".

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyan deyib.

"Heç bir sensasion açıqlama verilməyib, çıxışın əvvəlində heç bir ölkənin adı çəkilməyib. Müttəfiqlərimizdə məyusluq olduğu bildirilib, hansı müttəfiqlər olduğu qeyd olunmayıb", - deyə Ohanesyan jurnalistin Paşinyan niyə bütün problemləri Rusiyanın üzərinə atdığını sualını cavablandırıb.

Bir gün əvvəl Avropa Parlamentində çıxış edən Paşinyan bildirib ki, Ermənistanın müttəfiqləri ölkəsində hakimiyyət dəyişikliyinə çağırıb.

Moskvadakı yüksək vəzifəli mənbə bildirib ki, Paşinyan fəal şəkildə Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir.

"Ermənistanın baş nazirinin oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk", - deyə mənbə bildirib.

 Musavat.com