Ermənistan XİN: İki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq
2024-05-23 12:19:18
Yerevan və Bakı arasında sülh sazişinin mətni ilə bağlı bəzi fikir ayrılıqları var. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi xəbər verir.
“Biz bu istiqamətdə razılaşdırılmış vahid mətn əldə edə biləcəyimizə ümidlə doluyuq. Hər görüşdə biz iki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq”, deyə xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Ülviyyə, Hurriyyet.az