Ermənistan XİN: “Türkiyə ilə heç bir danışıqlar aparılmır”
2021-09-13 15:13:00
“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıqlar aparılmır”.
Hurriyyet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
“Erməni və türk diplomatların kontaktı yalnız beynəlxalq gündəliyin bəzi məsələlərinin müzakirəsi ilə məhdudlaşır”,- deyə Nazirlik əlavə edib.
Xatırladaq ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası barədə müzakirələr aktivləşib.