📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan, Yunanıstan və yunan Kipri arasında üçtərəfli hərbi əməkdaşlıq müqavilələri imzalanıb

2023-12-19 10:09:31

Ermənistan, Yunanıstan və yunan Kipri arasında üçtərəfli hərbi əməkdaşlıq müqavilələri imzalanıb

Hurriyyet.az xəbər verir ki, dekabrın 18-də Ermənistanın Müdafiə Nazirliyində Ermənistan-Yunanıstan, Ermənistan-Cənubi Kipr təmsilçiləri arasında ikitərəfli, həmçinin, Ermənistan-Yunanıstan-Cənubi Kipr arasında üçtərfli müdafiə məşvərətləri keçirilib. Məşvərətlərdə Ermənistanın Müdafiə naziri Suren Papikyanın Cənubi Kiprə və Yunanıstana rəsmi səfərlərinin nəticələri, ikitərəfli və üçtərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub.

Müzakirələrin sonunda tərəflər Ermənistan-Yunanıstan, Ermənistan- Cənubi Kipr və Ermənistan-Yunanıstan-Cənubi Kipr arasında 2024-cü il üçün hərbi əməkdaşlıq proqramlarını imzalayıblar.

Hürr Tərcüman