Ermənistan YUNESKO-dan da yardım alacaq
2023-10-05 13:31:05
Hurriyyet.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının – YUNESKO-nun fövqəladə missiyası yaxın zamanlarda İrəvana yola düşəcək. Təşkilatın mətbuat xidmətinin məlumatına görə, Ermənistan (Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror əməliyyatı nəticəsində separatçı xunta rejiminin fəaliyyətini dayandırmasından sonra) oraya getmiş ermənilərə yardım almaq üçün YUNESKO-ya müraciət edib.
YUNESKO nümayəndələri Ermənistana gəlmiş şagirdlərin təhsilinin davamlılığınının təmin edilməsi üçün çalışacaq və (yerli əhaliyə uyğunlaşmaq üçün – red.) sosial psixoloji dəstək verəcəklər.
Hürr Tərcüman