📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistana getməkdən imtina etdi

2026-05-02 17:07:05

Ermənistana getməkdən imtina etdi

Almaniya kansleri Fridrix Merts Ermənistana səfər etməyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılmayacaq.

"Fridrix Merts digər öhdəliklərinə görə səyahət edə bilmir", bu barədə Almaniya hökumətinin sözçüsü DPA xəbər agentliyinin sorğusuna cavab olaraq bildirib.

Onun yerini kimin tutacağı barədə hələ qərar verilməyib.