📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ermənistana məxsus kvadrokopter ələ keçirildi” - Foto

2023-08-02 09:36:00

“Ermənistana məxsus kvadrokopter ələ keçirildi” - Foto

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.