📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistana pərəstiş edirəm: bu, sadəcə bir ölkə deyil

2024-08-27 13:53:33

Ermənistana pərəstiş edirəm: bu, sadəcə bir ölkə deyil

Mən Ermənistana pərəstiş edirəm, bu, mənim üçün sadəcə bir ölkə deyil, bu, əcdadlarımın vətənidir və nə vaxt erməni musiqisinə, düdüyə (balaban – red.) qulaq assam, həmişə bu ölkəyə və öz ölkəsini hər zaman mükəmməl təmsil edən ifaçılara köklənirəm.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiyanın xalq artisti Filipp Kirkorov “Yeni dalğa” mahnı müsabiqəsində erməni ifaçının dinlədikdən sonra deyib.

Qeyd edək ki, Ermənistanın nümayəndəsi, 27 yaşlı Anahit Akopyan Soçidə keçirilən “Yeni dalğa” beynəlxalq musiqi müsabiqəsində üç günlük müsabiqənin yekunlarına görə münsiflər heyətindən ən yüksək balı – 222 bal toplayıb.

Qalib sabah elan ediləcək.

Kult.az